15 noyabr 2012 03:02
Rauf Əliyev: Qələbəni son saniyələrdə əldən verməyimiz məyusluq yaradır
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rauf Əliyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Şimali İrlandiya ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Rəqib qapıya zərbə endirəndə, nə etdiyimi bilirdim. Şadam ki, bu qol komandamıza xal qazandırdı. Amma qələbə hesabını son saniyələrdə əldən verməyimiz məyusluq yaradır. Nə etmək olar? Hər halda rəqibin də qol vurmaq üçün çoxlu şansları vardı. Bunu nəzərə alsaq, bir xal qazanmağımız da yaxşı nəticədi. Çünki özümüzdən güclü rəqiblə səfərdə oynayırdıq. Belə komandaya uduzmamağımız qiymətləndirilməlidi”.
