15 noyabr 2012 17:43
Kəpəz’lə 8-ci duelə doğru
Azərbaycan milli komandasının oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən sonra “Qəbələ” ilk oyununu noyabrın 19-da keçirəcək. Komandanın rəqibi Gəncənin “Kəpəz” klubu olacaq. Azerisport.az xəbər verir ki, rəqibin ölkənin ən zəngin tarixə malik klublarından biri olmasına baxmayaraq, komandalar cəmi 7 dəfə görüşüb.
Bu da qərblilərin müəyyən müddətə fəaliyyətini dayandırması ilə bağlıdır. Bu üzdən “Qəbələ” ilə Gəncə təmsilçisi arasında ilk oyun 2 il əvvəl oktyabrın 31-də baş tutub. Həmin vaxt “Gəncə” adlanan klubla 2 dəfə təsnifat mərhələsində görüşən “Qəbələ” qolsuz heç-heçələrlə kifayətlənmişdi. Bu komandalar həmin – 2010/11 mövsümündə 7-12-ci yerlər uğrunda final mərhələsində də üz-üzə gəldi. Lakin yenə hər 2 matç heç-heçə bitdi. Yeganə fərq ondan ibarət oldu ki, Qəbələdə komandalar 1 xalı 1 qolla qazandılar.
Ötən mövsüm isə komandaların hərəsi öz meydanında qalib gəlməyi bacardı. “Qəbələ” doğma divarlar arasında 2 cavabsız qol vurmağın öhdəsindən gəlsə də, gəncəlilər evdə minimal fərqə sevindi. Baxmayaraq ki, “Qəbələ” uduzduğu səfər matçında da 2 qol vurdu. Gəncə təmsilçisi cari mövsüm də ev oyununda minimal fərqli qələbəyə sevindi.
Bununla da ölkə kubokunda heç vaxt görüşməyən komandaların çempionatdakı 7 görüşündə top fərqi tarazlaşdı – 5:5. Düzdür, qələbə sayında “Kəpəz” öndədir. Lakin qonaqların heç vaxt qalib gəlmədiyi duellərdə 2-ci qələbəni qazanıb tarazlığa nail olmaq növbəsi “Qəbələ”nin tərəfindədir. Son 3 qarşılaşmada meydan sahiblərinin qalib gəlmək ənənəsinin davamı bunun üçün yetərlidir.
|
2010/11
|
31.10.2010
|
Premyer Liqa
|
Gəncə - Qəbələ
|
0:0
|
|
2010/11
|
27.02.2011
|
Premyer Liqa
|
Qəbələ - Gəncə
|
0:0
|
|
2010/11
|
02.04.2011
|
Premyer Liqa
|
Qəbələ - Gəncə
|
1:1
|
|
2010/11
|
12.05.2011
|
Premyer Liqa
|
Gəncə - Qəbələ
|
0:0
|
|
2011/12
|
16.10.2011
|
Premyer Liqa
|
Qəbələ - Kəpəz (Gəncə)
|
2:0
|
|
2011/12
|
07.03.2012
|
Premyer Liqa
|
Kəpəz (Gəncə) - Qəbələ
|
3:2
|
|
2012/13
|
15.09.2012
|
Premyer Liqa
|
Kəpəz (Gəncə) - Qəbələ
|
1:0
|
