15 noyabr 2012 18:21

Xəzər Lənkəranın yeni baş məşqçisi sabah danışacaq

Bu gün “Xəzər Lənkəran” Futbol Klubun ofisində yeni baş məşqçi Karles Martorell Bakeslə müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, müqavilə gələn mövsümün sonuna qədərki dövrü əhatə edir.
 
Yeni baş məşqçinin təqdimetmə mərasimi sabah baş tutacaq. Tədbir çərçivəsində 16 noyabr saat 14:00da “Modern” oteldə (M. Qaşqay küçəsi 100) Karles Martorell Bakesin mətbuat konfransı keçiriləcək. Konfransda ispan mütəxəssis media nümayədələrini maraqlandıran sualları cavablandıracaq.
 
Keçmiş baş məşqçi Yunis Hüseynovla yollarını ayıran “Xəzər Lənkəran” yeni baş məşqçi ilə anlaşıb. Bundan sonra komandamızı 39 yaşlı ispan baş məşqçi Karles Martorell Bakes çalışdıracaq. Futbola böyük sevgisi olan, dinamik və ünsiyyətcil insan olan Bakes demək olar ki, bütün həyatını professional olaraq futbola həsr etmişdir. Akademik təhsilinə Barselona Universitetində bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi ilə başlayan məşqçinin təhsil keçmişində Barselona Futbol klubunda məşqçilik metodologiyası üzrə master dərəcəsi, FIFA PRO A məşqçi lisenziyası (Ispaniya Futbol Liqasinda məşqçi işləmək üçün ən yüksək dərəcə), Barselona futbol klubu nəzdində məşqçi-direktor kimi önəmli məqamlar diqqəti cəlb edir.
 
Professional futbol təcrübəsinə 2005-ci ildə Deportivo Ribes futbol klubunda başlayan Bakes 2006-cı ilə qədər buradaki baş məşqçi postunda qalıb işləmişdir. O, 2006-cı ildə bu postu tərk edərək 1 il Barselonanın Pia de Sarria-Calassanc adlı məşqçilərin formalaşması və inkişafı məktəbində məşqçi və müəllim olaraq çalışmışdır. İspan futbol adamı eyni zamanda 2006-2008-ci illərdə Vilanova ve La Geltru futbol klublarında Baş menecer ve idman direktoru olaraq fəaliyyət göstərmişdir.
 
Bakes 2008-2010-cu illərdə Subrunese futbol klubunda baş məşqçi vəzifəsini icra etmiş, 2008 – 2012- ci illər ərzində Barselona futbol klubu nəzdində məşqçi-direktor olaraq çalışmışdır. Futbol kariyerası ərzində Kataloniya futbol federasiyasında məşqçi və müəllim olaraq hazırda Barselona futbol klubunun əsas komandasında çıxış edən bəzi futbolçularla işləmişdir.
 
O, son olaraq Kataloniya Futbol Federasiyasında U-14 komandasında baş məşqçi və direktor olaraq çalışmışdır. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.