15 noyabr 2012 13:30
Rauf Əliyev: Azərbaycan yığmasının rekorda imza atmaq üçün gözəl şansı var
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirilmiş oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı təəssüratlarınız necədi?
- Şadam ki, qol vurdum. Amma qələbə qazana bilməməyimiz məyus edir. Özü də qələbəyə sadəcə bir dəqiqənin çatmaması xüsusi məyusluq yaradır.
- Şadam ki, qol vurdum. Amma qələbə qazana bilməməyimiz məyus edir. Özü də qələbəyə sadəcə bir dəqiqənin çatmaması xüsusi məyusluq yaradır.
- Amma rəqib komanda oyun ərzində çoxlu qol vəziyyətləri yaradırdı və bu qolun vurulacağı hiss olunurdu...
- Həqiqətən elədi. Bu fakt məni bir qədər sakitləşdirir. Şimali İrlandiya yığması həm tez, həm də çox qol vura bilərdi. Amma digər tərəfdən biz də ikinci hissədə öz qol vəziyyətlərimizdən yararlana bilmədik.
- Yəni, meydan sahiblərinin qolunu ədalətli saymaq olar?
- Şübhəsiz. Ancaq həmin epizodda rəqib futbolçuya qarşı heç bir qayda pozuntusuna yol verilməmişdi. Hakim də sanki qapımıza belə bir cərimə zərbəsi təyin etmək üçün məqam gözləyirdi.
- Şübhəsiz. Ancaq həmin epizodda rəqib futbolçuya qarşı heç bir qayda pozuntusuna yol verilməmişdi. Hakim də sanki qapımıza belə bir cərimə zərbəsi təyin etmək üçün məqam gözləyirdi.
- Öz qolunuzu necə xatırlayırsız?
- Rəqib qapıya nəzər salanda qapıçının heç də düzgün mövqedə olmadığını gördüm və zərbə vurmaq qərarına gəldim. Düzünü deyim ki, məşqlərdə hər belə zərbə qolla nəticələnmir. Amma bu dəfə zərbə vuranda özümə inanırdım. Çoxdan idi fərqlənmirdim. Bu oyunda qol vurmağa borclu idim.
- İrlandiyalı müdafiəçilərə qarşı mübarizə aparmaq çətin deyildi?
- Çox çətin idi. Xüsusilə də “ikinci mərtəbədə”. Onlar bizə demək olar ki, göz açmağa imkan vermirdilər.
- Çox çətin idi. Xüsusilə də “ikinci mərtəbədə”. Onlar bizə demək olar ki, göz açmağa imkan vermirdilər.
- İkinci hissədə Cihan Özkara əla qol vəziyyətindən yararlana bilmədi...
- Əgər həmin epizodda Cihan dəqiq oynasaydı, qol qaçılmaz olacaqdı. Amma deməzdim ki, onun yerinə mən olsaydım, fərqlənərdim. Hərdən istədiyini etmək çətin olur. Yəqin ki, bu epizodu dəyərləndirə bilsəydik, qələbə qazanardıq. Matçın da taleyi həll olunmuş olardı.
- Dörd oyuna iki xal normaldı?
- Nəzərə alsaq ki, üç oyunumuz səfərdə baş tutub, tamamilə normaldı. Bizim indiyə qədər ən yaxşı göstəricimiz yeddi xal olub. Amma bu tsikldə yeni rekord qırmaq üçün çox gözəl şansımız var. Səfərdə yalnız Lüksemburq və İsraillə oyunlarımız qalıb. Qalan bütün görüşlərimizi isə evdə keçirəcəyik.