15 noyabr 2012 14:05
Şimali İrlandiya yığmasının kapitanı: Azərbaycanla heç-heçə ciddi zərbədi
Futbol üzrə Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycanla seçmə mərhələ oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Biz qələbə qazanmaq üçün kifayət qədər qol epizodu yaratdıq. Amma qol vuranda artıq çox gec idi. Fikrimcə, belə olmamalı idi. Qələbə qazanmalı idik. Düşünürdüm ki, evdə qələbə qazansaq, bizim nəyəsə iddia etməyə şansımız yaranacaq. Amma Azərbaycanla heç-heçə ciddi zərbədi. İndi qarşıdakı oyunlarda uğur qazanmağa çalışacağıq”.
