15 noyabr 2012 18:01
Bernard Raab: Buraxılan qolda Səlahətin 50 faiz günahı vardı
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində almaniyalı mütəxəssis 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Bu oyunun sonlarında Azərbaycan yığmasının sadəcə bəxti gətirmədi. Amma bütövlükdə baxsaq, nəticəni ədalətli saymaq olar. Buraxılan qola gəlincə, düşünmürəm ki, burda bütün günahlar Səlahət Ağayevdədi. O, sadəcə 50 faiz günahkar hesab oluna bilər. Belə vəziyyətlərdə qapıçılar üçün həmişə çətin olur. Qapıçımız kifayət qədər yaxşı mübarizə apardı”.