15 noyabr 2012 16:15
Cihan Özkara: 2013-cü ildə daha çox xal toplayacağıq
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirilmiş oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiz?
- Uşaqlara halaldı. Yaxşı mübarizə apardılar. Təəssüf ki, sonda qələbəni əldən verdik. Sona qədər mübarizə aparmaq lazım idi. Amma nə etmək olar? Hər halda heç-heçə də pis nəticə deyil.

- Niyə qələbə qazana bilmədik?
- Bu oyunda nəticəni müəyyənləşdirən bir neçə epizod oldu. Bunlardan da biri şübhəsiz ki, mənim dəyərləndirə bilmədiyim qol epizodu idi. Belə təkbətək çıxdığın halda onu dəyərləndirməmək olmaz.
- Həmin epizodda qol vura bilsəydiz, qələbə qazana bilərdik?
- Böyük ehtimalla hə. Çətin ki, qalan dəqiqələr ərzində meydan sahibləri iki qol vura bilərdilər. Çox təəssüf. Cavid Hüseynov çox əla ötürmə etmişdi.
- Artıq oyunu analiz etmisiz?
- Bəli. Mən həmin epizodda topu qapıçının başı üzərindən tora göndərməli idim. Amma qapıçını da aldatmağa cəhd göstərdim. Eybi yox. Biz bu komanda ilə hələ Bakıda da oynayacağıq. Evdə onları məğlub edəcəyik.
- Öz oyununuzu necə qiymətləndirə bilərsiz?
- Hücumçu qol vurmalıdı. Amma mən bunu edə bilmədim. Buna görə də öz çıxışım barədə müsbət nəsə deyə bilmərəm. Bütövlükdə isə tsiklin əvvəlində dörd oyuna iki xal qazanmağımızı pis nəticə saymıram. Çünki biz bu oyunlardan üçüncü səfərdə, özü də çətin rəqiblərə qarşı keçirmişik. 2013-cü ildə daha çox xal toplayacağıq.