15 noyabr 2012 18:35
Ramaldanov: Bacardığım qədər dözdüm
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçirilmiş oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb. O, öncə bunları dilə gətirib:
- Güclü rəqibə qarşı oynayırdıq. Çətin oldu. Əlimizdən gələni etdik və istəyimizə nail olduq.
- Debütünüz barədə nə deyə bilərsiz?
- Fikrimcə, normal alındı. Düzdü, heç də öz mövqeyimdə oynamırdım. Berti Foqts məni dayaq yarımmüdafiəçi kimi oynadırdı. Öz mövqeyimdə daha yaxşı çıxış edərdim.
- Fikrimcə, normal alındı. Düzdü, heç də öz mövqeyimdə oynamırdım. Berti Foqts məni dayaq yarımmüdafiəçi kimi oynadırdı. Öz mövqeyimdə daha yaxşı çıxış edərdim.
- Bundan sonra da sizi bu mövqedə oynatmaq istələr necə olacaq?
- Burda seçim imkanı yoxdu. Harda qoyurlarsa, oynamaq lazımdı.
- Burda seçim imkanı yoxdu. Harda qoyurlarsa, oynamaq lazımdı.
- Çətin rəqib, sulu meydan, çoxsaylı hücumlar. Yəqin ki, bundan ağır şərtlər ola bilməzdi...
- Hə, hücumlar heç də az deyildi (gülür). Buna baxmayaraq, çalışırdıq ki, onların qarşısını alaq.
- Zədəniz nə dərəcədə ciddidi?
- Mən hələ birinci hissədə zədələnmişdim. Bacardığım qədər dözdüm. Gördüm ki, artıq oynaya bilmirəm. Ona görə də əvəzlənməyimi xahiş etdim.
- Mən hələ birinci hissədə zədələnmişdim. Bacardığım qədər dözdüm. Gördüm ki, artıq oynaya bilmirəm. Ona görə də əvəzlənməyimi xahiş etdim.
- Sizi əvəzləyən futbolçu qaydanı pozdu və məhz bu, qapımıza qolla nəticələndi. Bir az da dözmək olardı?
- Bu, futboldu. Nə etmək olar? Bundan heç kim sığortalanmayıb.
- Bu, futboldu. Nə etmək olar? Bundan heç kim sığortalanmayıb.
- Növbəti oyunlarda sizi yenə görə biləcəyik?
- Deyə bilmərəm. Hər şey baş məşqçidən asılıdı. Ümid edirəm ki, görərsiz.
- Deyə bilmərəm. Hər şey baş məşqçidən asılıdı. Ümid edirəm ki, görərsiz.
