15 noyabr 2012 19:08
Bakı Xəzər Lənkəranla oyuna ciddi hazırlaşır
Bu gün Topaz Premyer Liqası 13-cü turunun "Bakı" - "Xəzər Lənkəran" oyununa hazırlaşan “Bakı” Bojidar Bandoviçin rəhbəriyi altında növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda toplaşan komanda qızınma hərəkətlərindən sonra baş məşqçinin təmrinlərinə əsasən çalışıb.
Məşqdə zədəli Uinston Parks və milli komandalarının heyətinə dəvət alan Georgi Popxadze (Gürcüstan), Elvin Məmmədov (Azərbaycan) və Novruz Məmmədov (Azərbaycan U-21) yer almayıblar.
Bojidar Bandoviç 90 dəqiqə sürən məşq zamanı standard vəziyyətlərin icrasına xüsusi yer ayırıb. Güclü yağışla müşahidə olunan məşq zamanı futbolçuların əzmkarlıqla çalışması diqqətləri çəkib.
