15 noyabr 2012 19:23
Bandoviç köməkçisiz qaldı
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç köməkçisiz qalıb. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssisin Yunanıstandan olan köməkçisi Parousis Konstantinos Azərbaycandan getməyə qərar verib.
O, artıq “Bakı”da çalışmaq istəmədiyini bəyan edib. Buna ailə problemlərini səbəb göstərən mütəxəssis klubla yollarını ayırmağa qərar verib.
Hələlik Bandoviçin yeni köməkçisinin kim olacağı bəlli deyil.
