15 noyabr 2012 19:54
Mircavadov: Səlahət Ağayevin təcrübəsi çatışmadı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki Şimali İrlandiya ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Nəticə yaxşıdı. Uşaqların qələbə qazanmaq istədiyi göz önündəydi. Amma daha yaxşı oynaya bilərdik. Çoxlu kobud səhvlərə yol verdik. Tez-tez topu itirirdik. Futbolçular bir-birini başa düşmürdülər. Qapımıza qol vurulan epizodda Səlahət Ağayev səhvə yol verdi. Amma onu da başa düşmək olar. Ona həmin epizodda təcrübə çatışmadı”.