15 noyabr 2012 20:25
Əfran İsmayılov tezliklə Neftçidə məşqlərə başlayacaq
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov yeni klubunu demək olar ki, müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, “Qarabağ”dan ayrılan gənc futbolçu bundan sonra “Neftçi”də çıxış edəcək.
Əldə etdiyimiz son məlumatlara görə, Əfran tezliklə yeni klubunda məşqlərə başlayacaq. Lakin İsmayılov “Qarabağ”la “Neftçi” rəhbərliyinin də bu məsələdə razılığa gəlməsini gözləyir.
Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan ayrılsa da, bu klubla 2013-cü ilin yayına qədər müqaviləsi var.
Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan ayrılsa da, bu klubla 2013-cü ilin yayına qədər müqaviləsi var.
