16 noyabr 2012 01:20
Azərbaycanın Raulu (VİDEO)
“Bakı”nın əvəzedici komandasının gənc hücumçusu Raul Yaqubzadə bu yaş qrupu üzrə keçirilən Azərbaycan çempionatında komandasının ən məhsuldar futbolçusu, həm də ardıcıl qələbələrdə böyük pay sahibidi. Azerisport.az xəbər verir ki, bütün bunlara görə Raul futbolçu həyatından məmnun görünür.
Raulun "Bakı" futbol klubunun televiziyasının obyektivinə tuş gəlməsi təsadüf deyil. O, bu gün klubun futbol akademiyasının yetişdirdiyi ən bacarıqlı futbolçularından biridi. 18 yaşlı futbolçu əvəzedici komandada 11 nömrəli formanın sahibidir.
Futbola gəlişi, "Bakı" futbol klubundakı fəaliyyəti barədə Raul özü danışıb. Həmin video ilə sizi də tanış edirik.
