16 noyabr 2012 15:24
Bakının futbolçularına dörd oyunluq cəza
AFFA İntizam Komitəsi növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, Komitə 13 noyabr 2012-ci il tarixli iclasında "Azercell U-17 Liqa"nın 12 noyabr 2012-ci il tarixində keçirilmiş “İnter” – “Bakı” matçı haqqında verdiyi qərara matçın hakiminin və hakim-inspektorunun raportları əsasında yenidən baxaraq aşağıdakı kimi qərar qəbul edir:
- Oyun başa çatdıqdan sonra “Bakı” klubunun 20 №-li futbolçusu Valeh Seyidov, 17 №-li futbolçusu Azamat Qarayev, 22 №-li futbolçusu Vüqar Namazəliyev aqressiv hərəkətə görə (rəqibə zərbə) hər bir futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).
- Oyundan sonra meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi “İnter” klubuna təhlükəsizliyi yüksək şəkildə təmin etməsi haqqında xəbərdarlıq edilir.
- Oxşar halların “Bakı” klubunun iştirakı ilə dəfələrlə baş verdiyini, klubdaxili intizamın aşağı səviyyədə olduğunu nəzərə alaraq analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək. (AFFA)
