16 noyabr 2012 15:31
Futbol ailəsinin 30000-ci üzvü
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 30 min nəfərəçatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 30000-ci üzvü "Coca-Cola Məktəbli kuboku"nda çıxış edən Saatlı rayonu Ə.Əhməd adına tam orta məktəbin 5-ci sinif şagirdi Adil Həsənovdur. (AFFA)
