16 noyabr 2012 16:47

Karles Bakes: Barcelona ilə Xəzər Lənkəranı müqayisə etmək olmaz

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Karles Bakes bu gün Bakıda ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, təqdimat mərasimi zamanı ispaniyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.

- İlk növbədə Mübariz və Mais Mənsimovlara məni seçdikləri üçün təşəkkürümü bildirirəm. Şadam ki, baş məşqçi postuna namizədlər arasında məhz mən seçildim. Artıq Lənkəranda olmuşam və komandanın oyununu da izləmişəm. Amma bu, çoxdan olub. Mənə bu klub barədə hər şeyi danışıblar. Tarixini də, hədəflərini də.

- Köməkçiləriniz kim olacaq?
- Komandanın məşqçilər korpusunda dəyişiklik etməyə hazırlaşmıram. Çoxlu yaxşı oyunçularımız var. Ola bilər ki, bir neçə əlavə transferlər edək.

- “Xəzər Lənkəran” uzun müddətdi çempion ola bilmir...
- Mən bura “Xəzər Lənkəran”ı çempion etmək üçün gəlmişəm. Buna nail olmaq üçün əlimdən gələni edəcəm. Mənə yaxşı dəstək var. Xoşagəlməz seriyaya son qoyacağıq.
 
- “Xəzər Lənkəran”a qədər harda çalışmısız?
- Futbolçu kimi yarıpeşəkar səviyyədə çıxış etmişəm. Futbolu buraxan kimi, məşqçiliyə başlamışam. Kataloniya yığmasında oynamışam. Bütün dünyada məşhur olan “Barcelona”da çalışmışam. Ona görə də “Xəzər Lənkəran”da hansısa problemlə üzləşəcəyimi düşünmürəm.
 
- Deməli, “Barcelona”dan olan hər məşqçi istənilən yerdə uğur qazana bilər?
- Əlbəttə, hər bir iş fərqlidi. Amma nəticələrimiz dəyişməyə başlayanda, özünüz də görəcəksiz.

- Qarşınıza konkret hansı vəzifə qoyulub?
- Mən komandanın oyununu videoyazılarda görmüşəm. Gördüklərimə əsasən deyə bilərəm ki, çempion olmaq olar.

- Amma siz Premyer Liqada heç kimlərə qarşı mübarizə aparacağınızı belə bilmirsiz...
- Təbii ki, “Xəzər Lənkəran”ın oyunlarını izlədikcə rəqiblərin də çıxışını görmüşəm. Mayda burda idim və 3-4 oyun izləmişdim. Bütövlükdə, müəyyən təsəvvürüm var.
 
- Komandanın çox tələbkar azarkeşləri var. Onları tanıyırsız?
- Bu, çox yaxşıdı. Mən də uduzmağı sevmirəm. Hamını stadiona dəvət edirəm. Bizi dəstəkləyin, biz sizin görmək istədiyiniz oyunu sərgiləyəcəyik.

- “Xəzər Lənkəran” necə futbol oynayacaq ki?
- İstəyirəm ki, komanda topa daha çox nəzarət etsin. Müdafiədən hücuma tez keçə bilək.

- “Barcelona” kimi?
- Əlimdə olan materiala uyğun oyun sistemi quracağıq. “Barcelona” ilə “Xəzər Lənkəran”ın oyunçularını müqayisə etmək olmaz.
 
- Komandada ispaniyalı futbolçular olacaq?
- Transferlərimiz olacaq. Amma onları milliyətinə görə seçməyəcəm. Əsas odu ki, onlar komandaya xeyir verə, uyğunlaşa bilsinlər.

- Hansı mövqelərə futbolçu almaq istəyirsiz?
- Bunu söyləmək hazırda “Xəzər Lənkəran”da çıxış edən futbolçulara qarşı hörmətsizlik olardı. İlk dəyişikliklər taktiki planda olacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.