16 noyabr 2012 17:15
Qarabağ Simurqla oyuna tam heyətlə hazırlaşır
Premyer Liqanın 13-cü turunda evdə "Simurq"u qəbul edəcək "Qarabağ" bu oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi günü tək məşqlə keçirib.
Günün yeganə çalışması Suraxanı qəsəbə stadionunda baş tutub. "Qarabağ" ilk dəfə tam heyətlə çalışmaq şansı əldə edib. Belə ki, millilərdən dönən futbolçular da bu gün komandayla birgə çalışıb.
Qeyd edək ki, noyabrın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Simurq" matçı saat 16:00-da başlayacq.
