16 noyabr 2012 17:22

Xəzər Lənkəranla Bakıdan 19 günə iki duel

Azərbaycan Premyer Liqasında yaranmış qısa fasilə həftəsonu başa çatacaq. Azerisport.az xəbər verir ki, 13-cü turun oyununa bazar günü çıxacaq “Xəzər Lənkəran” bu dəfə “Bakı” ilə görüşəcək. Noyabrın 18-də keçiriləcək matç komandaların cari mövsümdəki ilk dueli olacaq.
 
Bu da rəqiblərin birinci dövrədəki oyununun təxirə salınması ilə bağlıdır. Məhz bu üzdən komandalar cəmi 19 gün ərzində 2 çempionat matçında üz-üzə gələcəklər.
 
Ümumilikdə isə “Bakı” “Xəzər Lənkəran” üçün ən tanış komandalardan biridir. Belə ki, indiyədək rəqiblər artıq 29 dəfə üz-üzə gəliblər. Cəmi 8 ildir davam edən rəqabətdə yubiley – 30-cu duel paytaxtda baş tutacaq. Yeri gəlmişkən qeyd edək ki, yalnız “İnter” daha çox – 31 matçda komandanın qarşısına çıxıb.
 
Paytaxtın eyniadlı komandası daha 2 məqamla da “Xəzər Lənkəran”ın tarixinə düşüb. Belə ki, komanda tarixinin Bakıda keçirdiyi ilk rəsmi matçını bu rəqibə qarşı keçirib. Həmin görüş "Xəzər Lənkəran"ın tarixində ilk məğlubiyyətlə əlamətdar olub.
 
Sonrakı qarşılaşmalarda üstünlük gah bu, gah digər tərəfə keçib. Hər komanda bir müddət üstünlüyə malik olub ardıcıl uğurlu oyunlar keçirib. Elə bunun nəticəsidir ki, çempionatda baş tutan 22 qarşılaşmada bərabərlik hökm sürür: hərəyə 6 qələbə və 10 heç-heçə. Bu bərabərlik top fərqində müşahidə olunmur. Belə ki, Lənkəran təmsilçisi 23:18 hesabı ilə öndədir.
 
“Xəzər Lənkəran” daha 7 dəfə kubokda “Bakı” ilə üz-üzə gəlib. Bu 7 matç 4 duel çərçivəsində olub. 2 dəfə mərhələni adlayan komanda olubsa, biri finalda olmaqla digər 2 duel paytaxt təmsilçisinin sevinməsi ilə başa çatıb. “Bakı” 4 kubok duelinin hərəsində 1 oyunda qalib gəlib, “Xəzər Lənkəran” isə mərhələ keçdiyi 2 halda rəqibini məğlub edib. Daha 1 görüş heç-heçə bitib. Top fərqində bakılılar öndədir – 8:7.
 
30-cu - yubiley oyunu ərəfəsində “Bakı”nın ümumilikdə 10, “Xəzər Lənkəran”ın 8 qələbəsi var. Daha 11 qarşılaşma bərabərliklə bitib. Ümumi top fərqində isə 30 qol vuran komanda 26 dəfə qapısında qol görüb. Maraqlıdır ki, bu komandaların oyunlarında meydan amili o qədər də böyük əhəmiyyət kəsb etmir. Bu qarşılaşmalarda meydan sahibləri 10, qonaqlar 7 qələbə qazanıb.
 
Evdə cəmi 4 dəfə sevinən “Bakı”nın meydanındakı 14 matçın 8-də heç-heçə qeydə alınıbsa, 2 dəfə qonaqlar qalib gəlib. Özü də “Xəzər Lənkəran” səfərdə 1 dəfə böyük hesabla qalib gəlib. Ümumilikdə isə qeydə alınan 4 belə nəticədən 3-də komanda qalib gəlib. “Bakı”nın isə cəmi 1 böyükhesablı qələbəsi var. 3 top fərqilə olan bu qələbələrin 4-ü də çempionat çərçivəsində olub.
 
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev hamıdan çox – 23 dəfə “Bakı”ya qarşı oynayıb. O, həm də rəqib qapısına çox qol vurmaqla da fərqlənib. Belə ki, bakılıların qapısına 30 qolu vuran 19 oyunçu arasında yalnız İvan Svetkov daha məhsuldar olub. Bolqar hücumçu 4, Rahid, həmçinin Mario Souza ilə Uinston Parksın 3 qolu var. İndi də Rahidlə yanaşı komandanın şərəfini qoruyan Branimir Subaşiç isə 2 dəfə Azərbaycan Premyer Liqasında yaranmış qısa fasilə həftəsonu başa çatacaq. XIII turun oyununa bazar günü çıxacaq “Xəzər Lənkəran” bu dəfə “Bakı” ilə görüşəcək. Noyabrın 18-dakı matç komandaların cari mövsümdəki ilk dueli olacaq.
 
Bu da rəqiblərin I dövrədəki oyununun təxirə salınması ilə bağlıdır. Məhz bu üzdən komandalar cəmi 19 gün ərzində 2 çempionat matçında üz-üzə gələcək.
 
Ümumilikdə isə “Bakı” “Xəzər Lənkəran” üçün ən tanış komandalardan biridir. Belə ki, indiyədək rəqiblər artıq 29 dəfə üz-üzə gəliblər. Cəmi 8 ildir davam edən rəqabətdə yubiley – 30-cu duel paytaxtda baş tutacaq. Yeri gəlmişkən qeyd edək ki, yalnız “İnter” daha çox – 31 matçda komandanın qarşısına çıxıb.
 
Paytaxtın eynadlı komandası daha 2 məqamla da “Xəzər Lənkəran”ın tarixinə düşüb. Belə ki, komanda tarixinin Bakıda keçirdiyi ilk rəsmi matçını bu rəqibə qarşı keçirib. Həmin görüş komandanın tarixində ilk məğlubiyyətlə əlamətdar olub.
 
Sonrakı qarşılaşmalarda üstünlük gah bu, gah digər tərəfə keçib. Hər komanda bir müddət üstünlüyə malik olub ardıcıl uğurlu oyunlar keçirib. Elə bunun nəticəsidir ki, çempionatda baş tutan 22 qarşılaşmada bərabərlik hökm sürür: hərəyə 6 qələbə və 10 heç-heçə. Bu bərabərlik top fərqində müşahidə olunmur. Belə ki, komanda 23:18 hesabı ilə öndədir.
 
“Xəzər Lənkəran” daha 7 dəfə kubokda “Bakı” ilə üz-üzə gəlib. Bu 7 matç 4 duel çərçivəsində olub. 2 dəfə mərhələni adlayan komanda olubsa, biri finalda olmaqla digər 2 duel paytaxt təmsilçisinin sevinməsi ilə başa çatıb. “Bakı” 4 kubok duelinin hərəsində 1 oyunda qalib gəlib, “Xəzər Lənkəran” isə mərhələ keçdiyi 2 halda rəqibini məğlub edib. Daha 1 görüş heç-heçə bitib. Top fərqində bakılılar öndədir – 8:7.
 
30-cu - yubiley oyunu ərəfəsində “Bakı”nın ümumilikdə 10, “Xəzər Lənkəran”ın 8 qələbəsi var. Daha 11 qarşılaşma bərabərliklə bitib. Ümumi top fərqində isə 30 qol vuran komanda 26 dəfə qapısında qol görüb. Maraqlıdır ki, bu komandaların oyunlarında meydan amili o qədər də böyük əhəmiyyət kəsb etmir. Bu qarşılaşmalarda meydan sahibləri 10, qonaqlar 7 qələbə qazanıb.
 
Evdə cəmi 4 dəfə sevinən “Bakı”nın meydanındakı 14 matçın 8-də heç-heçə qeydə alınıbsa, 2 dəfə qonaqlar qalib gəlib. Özü də “Xəzər Lənkəran” səfərdə 1 dəfə böyük hesabla qalib gəlib. Ümumilikdə isə qeydə alınan 4 belə nəticədən 3-də komanda qalib gəlib. “Bakı”nın isə cəmi 1 böyükhesablı qələbəsi var. 3 top fərqilə olan bu qələbələrin 4-ü də çempionat çərçivəsində olub.
 
“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev hamıdan çox – 23 dəfə “Bakı”ya qarşı oynayıb. O, həm də rəqib qapısına çox qol vurmaqla da fərqlənib. Belə ki, bakılıların qapısına 30 qolu vuran 19 oyunçu arasında yalnız İvan Svetkov daha məhsuldar olub. Bolqar hücumçu 4, Rahid, həmçinin Mario Souza ilə Uinston Parksın 3 qolu var. İndi də Rahidlə yanaşı komandanın şərəfini qoruyan Branimir Subaşiç isə 2 dəfə paytaxtın eyniadlı təmsilçisini məyus edib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.