16 noyabr 2012 17:48
Mahir Şükürov: Yığmamız Belfastda xüsusi heç nə nümayiş etdirmədi
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində millimizin Şimali İrlandiya ilə oyunundan danışıb, eləcə də öz komandasının çıxışını dəyərləndirib.
- Azərbaycan yığmasının Şimali İrlandiya ilə oyunu haqda nə deyə bilərsiz?
- Oyun o qədər də yaxşı deyildi, amma nəticə sevindiricidi. Biz oyuna yaxşı başlamışdıq. Hətta Rauf Əliyevin sayəsində erkən qol da vurduq. Amma ikinci hissədə irlandlar təşəbbüsə yiyələndilər. Onlar bütün komanda ilə hücuma keçərək qələbə qazanmaq istəyirdilər. Bəzi epizodlarda bizim futbolçular çox kobud səhvlərə yol verirdilər. Lakin futbolda adətən nəticə xatırlanır və yəqin ki, biz də bundan razı olmalıyıq. Azərbaycan hətta qələbə də qazana bilərdi. Sadəcə, son saniyələrdəki cərimə zərbəsi hər şeyi korladı.
- Nəticəni oyuna görə saymaq olar?
- İrlandlar gözlədiyimdən zəif təsir bağışladılar. Hücumda ciddi problemləri var idi. Ümumiyyətlə, belə komandaya qarşı həyəcansız oynamaq lazım idi.

- Bakıda bu komandanı məğlub edə bilərik?
- Əlbəttə, belə komanda ilə evdə ancaq qələbəyə oynamaq lazımdı. Əgər onlar evdə belə çıxış edirlərsə, səfərdə daha ciddi problemləri olar. Lakin bu oyun hələ 2013-cü ildə keçiriləcək. Fikrimcə, bizim hədəfimiz yalnz qələbə olmalıdı.

- Komandamızın oyununda əsas problem kimi nəyi eyd edərdiniz?
- Təəssüf ki, yığmamız xüsusi nəsə nümayiş etdirmədi. Etiraf etmək lazımdı ki, bəxtimiz də gətirdi. İrlandlar pis-yaxşı hücum edirdilər. Bizim isə 90 dəqiqə ərzində iki qol epizodumuz oldu. Rəqibin qələbə qazanmaq şansı da var idi. Çünki yenə tam olaraq müdafiəyə çəkildiyimizdən, meydan sahibləri çoxlu qol vəziyyətləri yaradırdılar. Bunda da günahkar özümüzük. Tez-tez top itirirdik, normal ötürmə edə bilmirdik. Ola bilsin ki, yeni futbolçularda müəyyən həyəcan da var idi.

- Yeni futbolçuların çıxışını necə qiymətləndirirsiz?
- Pis oynamadılar. Xüsusilə Səlahət Ağayev. Zərbələrin çoxu qapıdan yan keçsə də, o, özünü göstərməyə də imkan tapdı. Bir qədər təcrübə çatışmazlığı hiss olunurdu. Özü də təkcə qapıçıda yox, bütün uşaqlarda.

- Dörd oyundan sonra iki xal yaxşı nəticədi?
- Biz daha çox xal toplamalı idik. İsraillə əla oynadıq, qələbə qazanmalı olduğumuz halda, xal itirdik. Rusiya ilə oyunda 1 xalımızı hakim əlimizdən aldı. Orda penalti yox idi. Yalnız Portuqaliya ilə oyundakı məğlubiyyətə görə heç nə deyə bilmərik. Bütövlükdə, indi yeddi xalımız ola bilərdi. Amma iki xal qazanmışıq. Hər halda əminəm ki, tsiklin sonuna qədər xal ehtiyatımızı çox yaxşılaşdıracağıq.
- “Sumqayıt” və “Partizan”la oyunlara hazırlıqlar necə gedir?
- Mən özüm fərdi qaydada məşq edirəm. Zədəm var və buna görə yəqin ki, “Sumqayıt”la oyunu buraxacağam. “Partizan”la oyuna qədər hazır olmağı çox istəyirəm. Evdə oynayırıq, qələbə qazanmaq istəyirik. Ölkəmizin reytinqi üçün də qələbə böyük önəm kəsb edir. “Partizan”la evdə səfərdəkindən də yaxşı oynamalıyıq. “Sumqayıt”la da ayrıca haqq-hesabımız var. Çünki birinci dövrədə bu komandaya məğlub olmuşduq. Çempionluq uğrunda mübarizəni davam etdirdiyimizi isbatlamalıyıq.