16 noyabr 2012 17:56
Karles Bakes: Ən yaxşı gənc futbolçularımızı Barcelonaya göndərəcəm
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Karles Bakes bəyan edib ki, Azərbaycanın gənc futbolçularının inkişafına töhfə verməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, ispaniyalı gənc mütəxəssis bu gün keçirdiyi mətbuat konfransında bunları dilə gətirib:
“Mənim gördüyüm işin görünməsi üçün nə qədər vaxt lazım olduğunu bilmirəm. Çalışacağam ki, bunu hər oyunda hiss edə, görəsiz. Uşaq komandalarımızı da yaxından izləyəcəm. Onları həmçinin əsas komanda ilə məşq etməyə dəvət edəcəm. Öz futbolçularımıza üstünlük verməliyik. Gələcəkdə isə onların ən yaxşılarını Barcelonaya göndərəcəm”.