16 noyabr 2012 18:25
“Neftçi bizdən qisas almaq üçün çalışacaq”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 13-cü turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi”ni biz yaxşı, güclü komanda kimi tanıyırıq. Onların futbolçuları xüsusilə fərdi cəhətdən çox güclüdülər. Düzdü, bu mövsüm onlarla keçirdiyimiz ilk oyunda biz üstün olmuşduq (3:2). Bu üzdən də onlar yəqin ki, meydana yalnız revanş almaq üçün çıxacaqlar. Buna baxmayaraq, biz yaxşı futbol göstərmək və istədiyimiz nəticəyə nail olmaq istəyirik”.