16 noyabr 2012 18:33
Bakının hücumçusu AEK-ə keçir
“Bakı”nın hücumçusu Vangelis Mantsios paytaxt klubu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, bu barədə Yunanıstanın “Sentragoal” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, onu Afinanın AEK klubu transfer etməkdə maraqlıdı. Qeyd edək ki, bu komanda hazırda Yunanıstan çempionatında ciddi çətinliklərlə üz-üzədi və turnir cədvəlində sonuncu pillədə gedir. “Bakı” rəhbərliyi Mantsiosdan imtina etsə, o, sözügedən komandada peyda ola bilər.
Qeyd edək ki, Mantsios bir neçə gün öncə baş məşqçi Bojidar Bandoviç tərəfindən əvəzedici komandaya göndərilib. Onun qışda komandadan ayrılacağı barədə xəbərlər də məhz bundan sonra yayılmağa başlayıb.
