16 noyabr 2012 18:46
Tuyqun Nadirov: Rubindən Ruslan Abışovla bağlı real təklif gəlsə, düşünərik
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov komandanın müdafiəçisi Ruslan Abışovun Rusiya “Rubin”inə keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan yeni baş məşqçinin təqdimat mərasimində bunları dilə gətirib:
“Ruslan “Rubin”in futbolçusudu? O, bu barədə heç nə bilmir. Bizin Abışovla müqaviləmizin müddətinin bitməsinə hələ iki il qalır. O, heç yerə getməyə hazırlaşmır. Heç bizə də heç kim təklif ünvanlamayıb. Əgər təklif olsa, baxarıq. Öz futbolçumuzu xarici klubda görmək bizə də xoş olardı. Qapılarımızı “Rubin”in üzünə qapamamışıq”.
