16 noyabr 2012 18:57
Rəşad Sadıqov: Azərbaycan yığmasının 11 xal toplamaq üçün real şansı var
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində millimizin Şimali İrlandiya ilə oyunundan danışıb, eləcə də öz komandasının çıxışını dəyərləndirib.
- Yığmamızın Şimali İrlandiya ilə oyunu barədə nə deyə bilərsiz?
- Komandanın yaxşı nəticə qazanması xoşdu. Fikrimcə, bu, yaxşı oyundan daha önəmlidi. Çünki səfərdə oynayırdıq. Amma daha yaxşı oynaya bilərdik. İkinci hissədə hətta növbəti qolu da vura bilərdik. Əfsuslar olsun ki, bundan yararlana bilmədik.

- Vaqif Cavadovla Cihan Özkara çox gözəl qol şanslarını boşa verdilər...
- Cihanın daha yaxşı qol vurmaq şansı var idi. Ona əla ötürmə verilmişdi. Amma dəqiq oynaya bilmədi. Fikrimcə, ikinci qolu vursaydıq, görüşün taleyi həll olunmuşdu.
- Oyundan öncə bu nəticəni gözləyirdiniz?
- İnanmayacaqsız, amma mən məhz heç-heçə gözləyirdim.
- İnanmayacaqsız, amma mən məhz heç-heçə gözləyirdim.
- Gənclərin oyunu barədə nə deyə bilərsiz?
- Bu görüşdə çıxış edən futbolçuların hansınısa xüsusi qeyd etmək istəməzdim. Komandamız yaxşı qol vurdu, yaxşı müdafiə olundu. Heyətə gəlincə, komandada əla rəqabət var və heç bir futbolçu əsas heyətdəki yerinə zəmanət verə bilməz. Hər növbəti oyunda heyətə düşmək üçün həm təcrübəlilər, həm də gənc futbolçular özlərini məşqlərdə yaxşı tərəfdən göstərməlidilər.

- Dörd oyuna 2 xal yaxşı göstəricidi?
- İki xal qazanmağımız normaldı. İsraili çoxları zəif komanda sayırdı. Amma onlar Lüksemburqu darmadağın etməklə öz səviyyələrini nümayiş etdirdilər.
- İki xal qazanmağımız normaldı. İsraili çoxları zəif komanda sayırdı. Amma onlar Lüksemburqu darmadağın etməklə öz səviyyələrini nümayiş etdirdilər.
- Qarşıdakı oyunlardan nə gözləyirsiz?
- Mənim üçün Lüksemburqla səfər oyunu xüsusi önəm daşıyır. İstəməzdim ki, onlarla oyunda Qazaxıstanda üzləşdiyimiz aqibəti (1:2) yaşayaq. Əgər bu komandanı məğlub edə bilsək, bu tsikldə 11-12 xal qazana bilərik.

- Pis səslənmir...
- Burda heç bir çətin şey yoxdu. Lüksemburqu səfərdə yenə bilsək, bu komandanı evdə də məğlub edəcəyik. Eyni aqibəti Bakıda Şimali İrlandiyaya da yaşada bilərik. Bizim bu tsikldə 3 qələbə qazanmaq üçün real şansımız var. Buna nail olsaq, xallarımızın sayını 11-ə çatdırmış olacağıq. Bu, həm də növbəti tsiklin püşkatması zamanı dördüncü səbətə düşmək üçün böyük önəm daşıyır. Bu şansdan maksimum yararlanmağımız lazımdı. Futbola böyük diqqət ayrılır, pul var, sadəcə nəticə lazımdı.
- Sonda sizi yaşıl meydanlarda nə vaxt görəcəyimizi də bilmək istərdik...
- Ümid edirəm ki, gələn həftə. Tədricən komanda ilə məşqlərə başlayacağam. “Turan”la 14-cü turun oyununda meydana çıxacağıma ümidliyəm.