16 noyabr 2012 19:15

Əfran İsmayılov Neftçi ilə danışıqları dayandırıb, Qarabağda qalmağa qərar verdi

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov “Neftçi”yə keçməkdən imtina edib. Azerisport.az xəbər verir ki, məhz bu kluba keçmək istəyi ilə əlaqədar “Qarabağ”dan da uzaqlaşdırılan gənc futbolçu yenidən keçmiş komandasında qalmağa qərar verib.

Qeyd edək ki, bir müddət öncə İsmayılov baş məşqçi Qurban Qurbanovla görüşərək qışda başqa kluba keçmək istəyini dilə gətirmişdi. Bunu eşidən Qurbanov onu komandanın məşqlərindən kənarlaşdırmışdı. Amma Əfran yeni klubu ilə razılığa gəlmədən bu “Qarabağ”dan ayrılmaq qərarına peşman olub və komandaya qayıtmağa qərar verib. Qurbanov və klub rəhbərliyi onun bu istəyini qəbul ediblər. Bunu saytımıza müsahibəsində Əfran özü də təsdiqləyib:

“Bəzi mətbuat orqanlarında mənim yalnız pulu düşündüyüm barədə yazılar xoşuma gəlmədi. Qurban Qurbanov digər komanda yoldaşlarım kimi, mənim üçün də az iş görməyib. Son dövrlər bu qərarım haqda çox düşündüm. Bu gün “Qarabağ”ın baş məşqçisi ilə görüşümdə qərarımdan çox təəssüfləndiyimi bildirdim və komandada qalmaq istədiyimi bildirdim. Sağ olsun ki, o, mənim doğma komandama qayıtmağıma razı oldu. “Qarabağ”da qalacağam. Bununla sübut etmək istəyirəm ki, pul mənim üçün əsas deyil”.
 
Qeyd edək ki, Əfran İsmayılovun “Qarabağ”la müqaviləsinin müddəti 2013-cü ilin mayında bitəcək.
 

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.