16 noyabr 2012 19:30
Tuyqun Nadirov: Branimir Subaşiç dekabrda XL-dan gedə bilər
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov komandanın gələcək transfer siyasətindən danışıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan yeni baş məşqçinin təqdimat mərasimində bunları dilə gətirib:
“Biz artıq yeni oyunçuların axtarışına başlamışıq. Skautlarla işləyəcəyik. Bununla bizim yeni məşqçimiz məşğul olacaq. O, həm də komandanın idman direktoru vəzifəsini həyata keçirəcək. Bundan sonra komandada daha çox yerli futbolçular çıxış edəcəklər. Hansı ki, məhz Lənkəran uşaq futbol məktəbinin yetirmələridilər. Bu mənada dünyanın ən yaxşı klubu “Barcelona”dı. Ona görə də bizim ispaniyalı mütəxəssisi seçməyimiz qəribə qarşılanmamalıdı. Mümkündü ki, transferlərimiz çox olsun. Çünki bir müddət öncə Beto da getdi. Dekabrda Branimir Subaşiçin müqaviləsinin müddəti başa çatacaq. Əgər məşqçilər korpusu istəməsə, o, gedəcək. Ona görə də təxminən beş transferimiz olacaq”.
