16 noyabr 2012 19:51
Azərbaycan Özbəkistan ilə yoxlama oyunu keçirə bilər
AFFA futbol üzrə Azərbaycan yığmasının 2013-cü ilin əvvəlində harda təlim-məşq toplanışı keçirəcəyini və hansı komanda ilə yoxlama matçı keçirəcəyini hələ müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, federasiya rəhbərliyi hazırda üç variant üzərində baş sındırır.
Belə ki, komandamız ya Dubaya, ya da Asiyanın iki digər fərqli şəhərinə yola düşə bilər.
Sınaqçı-rəqib yönündə də danışıqlar davam etdirilir. Əldə etdiyimiz məlumata görə, hazırda yalnız bir oyunun keçirilmə tarixi bəllidi. Belə ki, yığmamız fevralın 6-da sınaq matçına çıxacaq. Amma görüşün harda və hansı komandaya qarşı keçiriləcəyi bilinmir. Mümkündü ki, Berti Foqts yetirmələrini ya Özbəkistan, ya da Qırğızıstanla oyunda sınasın.
