16 noyabr 2012 20:17
“Bakes hələ işə başlamayıb, amma onu tənqid edirlər”
“Xəzər Lənkəran” futbol klubu ildə iki dəfə mətbuat konfransı keçirəcək. Azerisport.az xəbər verir ki, bu barədə cənub klubunun vitse-prezidenti Tuyqun Nadirov bu gün təşkil olunan mətbuat konfransında açıqlama verib.
“Komanda oynamasa da, biz altı aydan bir mətbuat konfransı keçirəcəyik. Komandamız haqda çoxlu dezinformasiyalar yayılmaqdadı. Yeni baş məşqçimiz Karles Bakes hələ işə başlamayıb, amma onu tənqid edirlər. Bu özü məşqçilərə dərs verən mütəxəssisdi”.
