16 noyabr 2012 21:00
“Yeni stadionda debütümüzü 3 xalla qeyd etmək istəyirik”
"Neftçi"nin kapitanı Rəşad Sadiqov "Sumqayıt" klubu ilə oyun öncəsi klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Bu gün "8-ci kilometr" stadionunda ilk məşqimizə çıxdıq. Arena çox xoşuma gəldi. Stadion müasir futbolun bütün tələblərinə cavab verəcək şəkildə inşa edilib. Düşərgəmizdə əla abu hava hökm sürür. "Sumqayıt"la qarşılaşmada qələbə qazanaraq debütümüzü 3 xalla qeyd etmək istəyirik. İnanıram ki, ev oyunlarında bu stadionda əla atmosfer olacaq. Azarkeşlərimizi də matça dəvət edirəm. Avropa Liqası oyunlarında olduğu kimi daxili çempionatda da onların dəstəyinə ehtiyacımız var".
