17 noyabr 2012 00:12

İddialıları üz-üzə qoyan tur

Bu həftə futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 13-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun oyunları 3 gün ərzində baş tutacaq. Belədə, qarşılaşmaların bəziləri bazar ertəsinə təsadüf edəcək.
 
Turun açılış matçında son ölkə çempionu “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Paytaxt klubu rəqibini yeni stadionunda, bir qədər də dəqiqləşdirsək, bundan sonra ev oyunlarını keçirəcəyi 8-ci km qəsəbəsindəki arenada qəbul edəcək. Bu üzdən də “ağ-qaralar” qarşılaşmadan mütləq qalib ayrılmağı hədəfləyiblər. Bu, həm də ilk dövrədəki məğlubiyyətin qisasını almaq baxımından önəmlidi. Bu mövsüm iddialılara qənim kəsilən Bernard Raabın yetirmələri birinci dövrədə ölkə çempionu üzərində 3:2 hesablı sensasion qələbəyə imza atmışdı. Geridə qalan 9 oyuna artıq dörd dəfə məğlub olan bakılılar növbəti xal itkisi ilə üzləşmək istəmirlər.

İkinci oyun günündə öncə prinsipial rəqiblər - “Bakı” ilə “Xəzər Lənkəran” üz-üzə gələcək. Bu komandalar arasında ilk dövrədəki oyun təxirə salınmışdı. Ona görə də bu görüş tərəflər arasında yeni mövsümdəki ilk duel olacaq. Bir sıra futbolçularını əvəzedici komandaya göndərən Bojidar Bandoviçin başının üzərini qara buludlar alıb. Geridə qalan 12 turda cəmi 1 qələbəsi olan “zolaqlılar” bu görüşdə özlərini yaxşı tərəfdən göstərməyi hədəfləyiblər. Görüşün evdə keçirilməsi də paytaxt təmsilçisinin şanslarını artıran məqamlardandı. Lakin cənub təmsilçisi də Bakıya məğlub olmaq üçün gəlmir. “Ağ-yaşıllar” bu görüşdə yeni baş məşqçi Karles Bakesin rəhbərliyi altındakı debüt matçına çıxacaq. Bu üzdən də lənkəranlıların ən azı heç-heçə üçün çalışacağı şübhəsizdi.

Ardınca meydana “Qarabağ”la “Simurq” çıxacaq. Ağdam klubu 17 xalla turnir cədvəlinin üçüncü pilləsində gedir. Zaqatala təmsilçisi isə rəqibindən cəmi 3 xal öndədi. Bu üzdən də Qurban Qurbanovun komandası bu rəqibini qabaqlamaq üçün yaxşı şansa malikdi. Rəqibini paytaxtda qəbul edəcək ağdamlılar qalib gəlsə, həm qara zolaqdan qurtulmuş olacaq, həm də zirvə mübarizəsini daha da alovlandıracaq. Amma şübhəsiz ki, Georgi Çixradze və yetirmələri Bakıya məğlub olmaq üçün gəlmirlər. Onlar da iddialı rəqibindən ən azı bir xal almağı qarşıya məqsəd qoyublar. Hansı ki, ilk dövrədə də bu iki komanda məhz xal bölgüsünə razılaşmışdılar. Gərgin keçəcəyi bəlli olan görüşün nəticəsi maraqla gözlənilir.
 
İkinci oyun gününün son matçında isə “İnter” “Turan”la qarşılaşacaq. Hazırda zirvədə qərarlaşan paytaxt klubu qarşılaşmanın favoriti hesab olunur. Lakin Tovuz təmsilçisi də Əfqan Talıbovun gəlişindən sonra məğlubiyyət tanımır. Bu üzdən də “bankirlər”in də bu komandanın qurbanına çevrilməsi istisna olunmur. Baxmayaraq ki, ilk dövrədə Tovuzda keçirilən görüşdə bakılılar çətinliklə də olsa, 3:2 hesabıyla qalib gəlmişdilər.
 
Turun son oyun günündə “Qəbələ” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. Son turlarda ardıcıl uğurlar qazanan Ramiz Məmmədovun komandası qarşılaşmada daha şanslı görünür. Çünki son pillədə qərarlaşmış “Kəpəz” hələ də öz oyununu tapa bilməyib. Mahmud Qurbanov daha çox gənclərə güvənir ki, onlar da etimadı doğrulda bilmirlər. Gəncə təmsilçisinin çətin səfərdən maksimum bir xalla qayıtmaq ehtimalı var ki, bu da gözlənilən deyil. Amma maraq üçün xatırladaq ki, ilk dövrədə Gəncədə baş tutan oyunda məhz meydan sahibləri minimal hesabla qalib gəlmişdilər. Bu üzdən də sözügedən qarşılaşma qəbələlilər üçün həm də revanş xarakteri daşıyır.

Nəhayət, turun qapanış matçı “Rəvan”la AZAL arasında keçiriləcək. Paytaxt derbisində şansları bərabər qiymətləndirmək olar. Baxmayaraq ki, “aslanlar”a nisbətən “təyyarəçilər” cari mövsümdə daha inamlı təsir bağışlayırlar. Elə ilk dövrədəki oyunda da məhz Vaqif Sadıqovun komandası 3 xala sevinən tərəf olmuşdu – 3:1. Bu dəfəki derbinin necə bitəcəyini isə 90 dəqiqənin tamamı göstərəcək.
 
Topaz Premyer Liqası
13-cü tur
17 noyabr (şənbə)
 
Neftçi – Sumqayıt
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Elman Musayev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. 8-ci km. stadionu, 15:00.

18 noyabr (bazar)
 
Bakı – Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:15.
 
Qarabağ – Simurq
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. T.Bəhramov adına Respublika stadionu, 16:00.
 
İnter – Turan
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Şəfa” stadionu, 18:00.
 
19 noyabr (bazar ertəsi)
 
Qəbələ – Kəpəz
Hakimlər: Rahim Həsənov, Zeynal Zeynalov, Azər Əsgərov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ. Şəhər stadionu, 14:00.

Rəvan – AZAL
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Bayıl Arena. 16:00.
 
1 İnter 11 5 5 1 11 5 +6 20
2 Simurq 12 5 5 2 14 7 +7 20
3 Qarabağ 12 4 5 3 15 13 +2 17
4 XL 11 4 4 3 17 9 +8 16
5 Qəbələ 12 4 4 4 13 14 –1 16
6 AZAL 11 4 4 3 16 12 +4 16
7 Neftçi 9 5 0 4 16 12 +4 15
8 Turan 12 4 3 5 13 16 –3 15
9 Rəvan 12 3 4 5 12 18 –6 13
10 Sumqayıt 12 3 4 5 10 18 –8 13
11 Bakı 10 1 7 2 8 8 0 10
12 Kəpəz 12 2 3 7 8 21 –13 9
 
Bombardirlər:
8 - Franko Nildo (AZAL)
7 - Nikolas Kanales (Neftçi)
5 - Xuan Manuel Varea (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ), Dmitrios Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.