17 noyabr 2012 16:50

Neftçi Sumqayıta səkkiz qol vurdu, Kanales poker etdi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 13-cü turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Hesabat turunun açılış matçında son çempion “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma “ağ-qaralar”ın yeni stadionunda – daha doğrusu bundan sonra ev oyunlarını keçirəcəyi 8-ci km qəsəbəsindəki arenada keçirildiyindən, bakılılar mütləq qələbə qazanmağı hədəfləmişdilər. İlk dövrədə baş tutan görüşdə sumqayıtlılar qalib gəldiyindən (3:2) paytaxt klubu eyni zamanda qisas barədə düşünürdü. Gözlənildiyi kimi, Böyükağa Hacıyevin komandası bu istəyinə çatıb. Özü də çox fərqli hesabla - 8:1.
 
Qeyd edək ki, 13-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
 
Topaz Premyer Liqası
13-cü tur
17 noyabr (şənbə)
 
NEFTÇİ – SUMQAYIT - 8:1 (5:1)
Qollar: N.Kanales, 7 (1:0), J.Vobay, 10 (2:0), N.Kanales, 23 (3:0), J.Vobay, 25 (4:0), E.Cəfərquliyev, 28 (4:1), N.Kanales, 45 (5:1), C.İmamverdiyev, 68 (6:1), B.Bertuççi, 75 (7:1), N.Kanales, 80 (8:1)
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Elman Musayev, Fərid Məmmədov.
Bakı. 8-ci km. Stadionu.
 
Oyun başladı
Meydan sahibləri görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alıblar
7. Bunun məntiqi nəticəsi kimi Nikolas Kanales komandasını erkən qolla sevindirir - 1:0
10. Julius Vobay hesab arasındakı fərqi artırır - 2:0
15. Meydan sahibləri top saxlamağa çalışırlar. "Sumqayıt"ın pressinqi isə hələlik bir o qədər də bəhrə vermir
23. "Neftçi" korner qazanır: Kanales dəqiq baş zərbəsi ilə özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:0
25. Vobay da dubla imza atır. Onun sol ayaqla uzaqdan vurduğu zərbəni rəqib qapıçı Anar Məhərrəmov qaytarmaq istəsə də, sadəcə istiqamətini dəyişə bilir - 4:0
27. "Sumqayıt" cərimə zərbəsi qazansa da, Ceyhun Sultanovun vuruşunda top canlı səddən qayıdır
28. Qonaqlar daha bir cərimə zərbəsi qazanırlar: Bu dəfə cərimə meydançasına ötürməni Emin Cəfərquliyev dəqiq baş zərbəsi ilə tamamlayır - 4:1
30. Flavinyonun qüvvətli zərbəsi dəqiq olmur
36. Baş hakim Elvin Əsgərov "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevi texniki zonadan uzaqlaşdırır
37. "Sumqayıt"da erkən əvəzləmə: Ramil Həşimzadəni Ruslan Qurbanov əvəzləyir
40. "Neftçi" "Sumqayıt"ı topsuz saxlamağa çalışır
45. Kanales komandasının əla hücumunu qolla tamamlayaraq, het-trikə imza atır - 5:1
45+1. Erik Ramos sarı vərəqə alır
45+2. "Sumqayıt" əlverişli mövqedən cərimə zərbəsi qazanır: R.Qurbanovun zərbəsi qapıdan yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. E.Yunuszadə sarı vərəqə alır
50. "Sumqayıt" fasilədən sonra fəal təsir bağışlasa da, hələlik istəyinə çata bilmir
51. Vobay növbəti qol şansını qaçırır
55. P.F.Azad Stamenkoviçlə hava mübarizəsi zamanı ciddi zədələnir və həkimlər ona meydanda kömək edirlər
61. Flavinyonu C.İmamverdiyev, İ.Mitreskini isə A.Abdullayev əvəzləyir
68. Məhz meydana sonradan girən Arazın xüsusi fəallığı sayəsində Cavid komandasının üstünlüyünü bir qədər də artırır - 6:1
72. U.Pamukun uzaqdan zərbəsini Stamenkoviç kornerə çıxarır
75. Bertuççi komandasının əla hücumunu qolla tamamlayır - 7:1
80. Rəqib qapıçı ilə üz-üzə qalan Kanales onu da aldadaraq pokerə imza atır - 8:1
82. E.Ramosu E.Quliyev əvəzləyir
90. Matçın əsas vaxtına 1 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 17. Araz Abdullayev, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov, 25. Cavid İmamverdiyev.
SUMQAYIT: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 7. Pərdis Fərcad Azad, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə, 76. Uğur Pamuk, 95. Ruslan Nəsirli.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev, 22. Xəyal Mustafayev, 50. Murad Hüseynov, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə.
 
18 noyabr: “Bakı” – “Xəzər Lənkəran”, “Qarabağ” – “Simurq”, “İnter” – “Turan”. 19 noyabr: “Qəbələ” – “Kəpəz”, “Rəvan” – AZAL.
 
1 İnter 11 5 5 1 11 5 +6 20
2 Simurq 12 5 5 2 14 7 +7 20
3 Neftçi 10 6 0 4 24 13 +11 18
4 Qarabağ 12 4 5 3 15 13 +2 17
5 XL 11 4 4 3 17 9 +8 16
6 Qəbələ 12 4 4 4 13 14 –1 16
7 AZAL 11 4 4 3 16 12 +4 16
8 Turan 12 4 3 5 13 16 –3 15
9 Rəvan 12 3 4 5 12 18 –6 13
10 Sumqayıt 13 3 4 6 11 26 –15 13
11 Bakı 10 1 7 2 8 8 0 10
12 Kəpəz 12 2 3 7 8 21 –13 9
 
Bombardirlər:
8 - Franko Nildo (AZAL)
7 - Nikolas Kanales (Neftçi)
5 - Xuan Manuel Varea (Rəvan)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ), Dmitrios Sialmas (Xəzər Lənkəran), Muarem Muarem (Qarabağ)

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.