16 noyabr 2012 00:23

Elxan Məmmədov: Hədəf bu seçmə mərhələdə daha çox xal toplamaqdı

AFFA-nın baş katibi Elxan Məmmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Şimali İrlandiya – Azərbaycan matçından sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Belfastdakı oyunun nəticəsindən razı qaldınız?
- Bəli. Biz qələbə də qazana bilərdik. Amma bu nəticə də pis sayılmaya bilər. Baxmayaraq ki, iki xal itirdik. Gələn il əksər oyunlarımızı evdə oynayacağıq. Bu, yığmamızın xal ehtiyatını daha da artırmaq şanslarının yüksək olmasından xəbər verir.
 
- Elhad Nəzirinin cərimə meydançası həndəvərində qaydanı pozması yığmamıza baha başa gəldi...
- O, öz səhvini etiraf etdi. Lakin mən kimisə günahlandırmağın əleyhinəyəm. Bu, futboldu, səhvlər olur. Mümkündü ki, heç Nəziri rəqibinə toxunmasaydı da, qol olardı.
 
- Yəqin ki, komandanı bu oyuna görə mükafat gözləyir...
- Nəzərə almaq lazımdı ki, komanda səfərdə yaxşı oyun keçirdi. Heç kimə söz verilməyib. Amma futbolçular da yaxşı bilirlər ki, yaxşı nəticə olanda, onları mükafat gözləyir. Lakin mükafatın nə qədər olacağı hələ bəlli deyil.

- Bu tsikldə komandamız 7 xallıq maksimum göstəricisini təzələyə bilər?
- Ötən tsikldə komandamız məhz yeddi xal toplamışdı. Bizim hədəfimiz hər tsikldə xal ehtiyatımızı daha da yaxşılaşdırmaqdı. Bu seçmə mərhələ də istisna deyil.
 
- Komandanın geridə qalan dörd oyundakı nəticəsini necə qiymətləndirirsiz?
- Dörd oyundan üçünü səfərdə keçirmişik. Özü də bu oyunlardan ikisini qrupun favoritlərinə qarşı keçirmişik. Xallarımızı da məhz qrup ikinciliyinə iddialı komandalardan – İsraillə Şimali İrlandiyadan almışıq. Ona görə də seçmə mərhələnin indiyəqədərki mərhələsini major notlarda bitirdiyimizi demək olar.
 
- Demək olar ki, AFFA rəhbərliyi Berti Foqtsun bu seçmə mərhələdəki işindən razıdı?
- Dediyim kimi, komandamız güclü rəqiblərdən xal almağı bacarıb. Start üçün bu, pis göstərici sayılmaya bilər. Bütövlükdə komandamızın çıxışından razıyıq. Əgər 4-5 il əvvəl komandamız bu qədər aparıcı oyunçusunun yoxluğunda məğlubiyyətdən qaça bilmirdisə, indi biz meydana kimin çıxmasından asılı olmayaraq, qarşıya maksimum hədəflər qoyuruq. Nəzərə almaq lazımdı ki, belə vacib oyunda Elhad Nəziri, Rasim Ramaldanov və Bədavi Hüseynov kimi gənc oyunçular yığmamızda ilk oyunlarını keçirdilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.