16 noyabr 2012 00:48
Georgi Çixradze: Qarabağı məğlub etmək istəyirik
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 13-cü turunun “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ”la oyuna adi qaydada hazırlaşırıq. Bizə bu komandanı məğlub etmək lazımdı. Amma bilirik ki, bizi çətin oyun gözləyir. Ağdamlılar artıq özlərinə gəlməyə başlayıblar. Onlar çox xal itiriblər. Buna görə də yanvara qədər daha yaxşı oynamağa çalışırlar. “Simurq”un da hədəfi mümkün qədər yaxşı çıxış etməkdi”.