17 noyabr 2012 12:56
Partizan Bakıya nə vaxt gəlir?
Serbiyanın “Partizan” klubunun Bakıya gələcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi olan Belqrad təmsilçisi Azərbaycan paytaxtına noyabrın 21-də təşrif buyuracaq.
Komanda “Hyatt Park” otelində məskunlaşacaq. Həmin gün Serbiya təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda son məşqi də nəzərdə tutulub. Eyni zamanda rəqib komandanın çalışdırıcısı və futbolçularının mətbuat konfransı da planlaşdırılır.
“Partizan” “Neftçi” ilə oyundan dərhal sonra Belqrada qayıdacaq. “Neftçi” – “Partizan” matçının noyabrın 22-də keçiriləcəyini də qeyd edək.
