17 noyabr 2012 01:24

Abdullayevdən yığmamızın üzvlərinə sərt mesaj: Futbol kişi oyunudu!

 
“Düzünü deyim ki, yığmamızın oyununu o qədər də bəyənmədim. Amma nəticə özü qane edir. Hər halda oyundan öncə çox az adam yığmamızın Belfastda xal qazanacağına inanardı. Sərgilədiyimiz oyun isə çox pis təəssürat yaratdı. Çox bərbad oyun sərgilədik”.
 
Abdullayevin sözlərinə görə, yığmamız rəqibə qol vurmaq üçün çox imkan yaradırdı: “Əlbəttə, biz istərdik ki, komandamız nəticəni həm də gözəl oyunla qazansın. Özünüz də görürdünüz ki, rəqib nə qədər qol imkanı yaradırdı. Bəlkə heç portuqaliyalılar bizimlə oyunda o qədər qol epizodu qaçırmadılar. Rəqibə həmin oyundakından dördqat artıq qol imkanı yaratdıq. Müdafiə xəttinin oyunundan çox narazı qaldım. Arxa xətt demək olar ki, köməksiz idi. Müdafiəçilər heç mübarizə aparmırdılar. Rəqibin hər hücumunda futbolçular qapıya doğru asanca zərbə endirə bilirdilər. Hücumda da problemlər var idi. Sadəcə, Rauf Əliyevin zərbəsi əla alındı. Həqiqətən yaxşı qol idi. Özü də o, bu qolu işlək olmayan ayağı ilə vurdu. Yarımmüdafiə xətti də müdafiə və hücuma lazım olan dəstəyi nümayiş etdirmirdi”.
 
AZAL-ın sabiq çalışdırıcısı futbolçularımızın vaxt öldürməyə hesablanan hərəkətlərini də pisləyib: “Futbol kişi oyunudu! Onu layiqli şəkildə oynamaq lazımdı, uduzanda da layiqli şəkildə uduzmaq lazımdı. Bizə də uşaqlıqda necə vaxt öldürmək lazım olduğunu öyrədiblər. Amma daha bir neçə dəqiqə qazonda uzanıb qalmaqla yox. Vaxt öldürmək üçün o qədər yollar var ki: tempi aşağı sal, künclərə qaç, top saxla. Variantlar çoxdu. Biz hətta qələbə də qazansaydıq, buna layiq deyildik. Futbolçularımız özlərini belə aparmamalıdılar. Bu, həm də yeni gələn nəsil üçün pis nümunədi. Meydanda bu qədər uzanıb vaxt aparmaq düzgün deyil”.
 
Abdullayev sonda öz məşqçilik karyerasına, işsiz qalmasına da toxunub: “Karyeramı Azərbaycanda davam etdirmək istəmirəm. Hətta klublarımızdan gələn dəvətlərə baxmaq belə istəmirəm. Ölkə xaricində çalışmaq istəyirəm. Ümumiyyətlə, son vaxtlar futbolumuzu başa düşə bilmirəm. Nə baş verdiyini başa düşmək olmur. Güclü, peşəkar klub uşaq məşqçisini gətirib baş məşqçi qoyur. Yaxud Novruz Əzimovun yerinə gətirilən Bojidar Bandoviç olsun. O, Əzimovdan sonra nə iş görüb ki? Mənə təkliflər var. Amma gördüklərim məni qane etmir. Səhvlərdən nəticə çıxarmaq lazımdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.