17 noyabr 2012 13:27
Yığmamızın üzvü Almaniyada xüsusi proqramla hazırlaşır
Futbol üzrə Azərbaycan yığmasının və “Qəbələ”nin müdafiəçisi Vurğun Hüseynov aldığı ağır zədədən sonra hələ də özünə gələ bilmir. Azerisport.az xəbər verir ki, hazırda futbolçu bərpa prosesi keçir.
Özü də Hüseynov bunun üçün Almaniyaya getməli olub. Məsələ burasındadı ki, yığmamızın üzvü almaniyalı həkimin nəzarəti altında xüsusi proqramla hazırlaşacaq.
“Qəbələ”nin futbolçusunun konkret nə vaxt yaşıl meydanlara qayıdacağı isə hələlik dəqiq bilinmir.
