17 noyabr 2012 13:45
Cavid İmamverdiyev Sumqayıt ilə oyunda komandasına kömək edə bilər
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, gənc futbolçunun bu gün baş tutacaq “Sumqayıt”la görüşdə iştirakı istisna olunmur.
Amma paytaxt klubu sözügedən görüşə dəqiq bir itki ilə çıxacaq. Belə ki, Mahir Şükürov zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
