17 noyabr 2012 14:15

Sərnişin avtobusu Şəfa stadionuna girdi (FOTO)

Bakıda sərnişin avtobus idarəetməni itirərək "Şəfa" stadionuna girib. Azerisport.az xəbər verir ki, bu barədə şahidlər məlumat veriblər.
 
Nizami rayon Polis İdarəsindən məlumatı təsdiqləyiblər və bildiriblər ki, hadisə nəticəsində xəsarət alanlar var. Lakin təfərrüatlar barədə məlumat verilməyib.
 
Məlumata görə, qəzanı törədən 11 saylı sərnişin avtobusu olub. İlkin ehtimala görə, yol qəzasına yüksək sürət səbəb olub. Avtobus "Şəfa" stadionuna girməzdən öncə stadionun yanındakı işıqforu qırıb və yaxınlıqdakı "Toyoto-Prado" markalı avtomobili əzib.
 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, ilkin məlumata görə, qəza zamanı 6 nəfər xəsarət alıb.
 
Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xəsarət alanlardan biri "Toyoto-Prado" markalı avtomobilin sürücüsü olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları artıq xəsarət alanları xəstəxanalara yerləşdiriblər.
 
Yol-hərəkəti üzrə inspektor, polis kapitanı Müştəba Həmidovun verdiyi məlumata görə, sərnişin avtobusu idarəetməni itirərək öncə "Qazel" markalı avtomobili vurub. Sonra işıqforu qıraraq "Şəfa" stadionunun qarşısında dayanan "Toyoto-Prado" markalı avtomobili əzərək stadiona girib.
 
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, yol qəzası zamanı xəsarət alanların sayı dəqiqləşdirilib. Belə ki, qəza zamanı 8 nəfər xəsarət alıb və onlar 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti qənaətbəxşdi. Xəstələrə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.