17 noyabr 2012 14:58
Vaqif Cavadov: Belfastdakı nəticədən razı deyiləm
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutan Şimali İrlandiya ilə səfər matçından danışıb. “Qarabağ”ın forvardı öncə bunları dilə gətirib:
- Komandamız pis futbol sərgiləmədi. Yaxşı matç oldu. İrlandlarla onların meydanında bərabər səviyyəli oyun keçirdik. Özü də dolu tribunlar önündə.
- Komandamız pis futbol sərgiləmədi. Yaxşı matç oldu. İrlandlarla onların meydanında bərabər səviyyəli oyun keçirdik. Özü də dolu tribunlar önündə.
- Nəticədən razı qaldınız?
- Xeyr. Biz qələbə qazana bilərdik. Özü də minimal hesabla yox. Bizi ələ düşən qol vəziyyətlərindən maksimum yararlanmamağımız pis vəziyyətdə qoydu. Əlbəttə, səfərdə bir xal qazanmaq pis deyil. Amma mən iki xal itirdiyimizi düşünürəm.
- Rəqib necə təsir bağışladı?
- Belə komandaya qarşı oynamaq lazımdı. Bakıda biz onları məğlub edə bilərik.
- Bəs hakimlik?
- Avropadakı hakimlərə heç nə deyə və sübut edə bilməzsən. Fikrimcə, altı xal çox artıq idi. O, bunu onunla əsaslandırdı ki, biz qazona uzanmaqla çox vaxt aparırdıq. Bəs rəqib çox kobud oynayırsa, biz neynəməli idik. Tez-tez ayağa zərbə endirirdilər.
- Dörd oyuna 2 xal normal nəticədi?
- Nəzərə alsaq ki, qrupun favoritləri ilə səfərdə qarşılaşmışıq, bəli, normal nəticədi. Gələn il bizi daha çox ev oyunları gözləyir. Biz başa düşürük ki, bu, daha çox xal toplayacağımıza zəmanət vermir. Amma hər halda işimiz xeyli asan olacaq.