17 noyabr 2012 17:08
Bernard Raab: Bir oyuna görə komandadan getmək olmaz
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 13-cü turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:8 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizdə xeyli itki var idi. Əsas heyətin dörd üzvünü itirmişdik. “Sumqayıt” “Neftçi” deyil ki, aparıcı futbolçularının yoxluğunda da yaxşı oynaya bilsin. İstefaya getməyə hazırlaşırammı? Bir oyuna görə komandadan getmirlər. Biz qarşımıza böyük məqsədlər qoya bilmərik. Çünki klubumuzun büdcəsi çox kiçikdi. Bizim 7-8 milyonumuz yoxdu”.
