17 noyabr 2012 17:19
Böyükağa Hacıyev: Uşaqlara da demişdim ki, mümkün qədər çox qol vurun
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 13-cü turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 8:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mənim rəqibə yazığım gəlmir. Hələ oyundan öncə də uşaqlara demişdim ki, nə qədər bacarırsız, qol vurun. Texniki zonadan kənarlaşdırılmağıma gəlincə, buna layiq idim. Təəssüf ki, “Partizan”la Avroliqa oyununda Erik Ramos bizimlə olmayacaq. Bu gün o, bizə çox kömək etdi”.
