17 noyabr 2012 11:23
“İsrail Şimali İrlandiya və Azərbaycanla eyni səviyyəli komandadı”
Belaruslu futbol mütəxəssis Yuri Pışnik ölkəsinin yığma komandasının İsraillə yoxlama oyununu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, söhbət əsnasında İsrail yığmasını Azərbaycanla da müqayisə edib:
“Mən Şimali İrlandiya – Azərbaycan oyununa da baxdım. Məsələn, bu komandalardakı səviyyə İsraildə də var. Bu komanda üzərində qazandığımız qələbəyə görə eyforiyaya qapılmağa dəyməz. Biz onsuz əvvəllər də yoldaşlıq oyunlarına görə Avropa çempionu idik”.