17 noyabr 2012 00:04
Neftçi – Partizan matçının biletləri satışa çıxarıldı
Futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan çempionu “Neftçi” ilə Serbiya “Partizan”ı arasındakı matçın biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanın biletlərinin qiyməti 2 manatdan başlayır.
Ən baha biletlərin qiymətləri isə 50 manatdı. Biletləri matçın keçiriləcəyi arenanın kassalarından almaq olar.
Qeyd edək ki, “Neftçi” – “Partizan” görüşü noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
