18 noyabr 2012 01:47
Millimizin üzvü autsayderə qarşı oynamadı, komandası qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin heyətində yer aldığı “Milsami” Moldova çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası ölkə çempionatının 17-ci turu çərçivəsində “Speranta” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də “Milsami” ən azı 1 xal qazanmağı hədəfləmişdi. Amma həmyerlimizin komandası daha inamlı çıxış edərək, səfərdən qələbə ilə qayıtmağa nail olub.
Yığmamızın heyətinə cəlb olunduğu üçün son oyunda iştirak etməyən Elhadın bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, baş məşqçisi həmyerlimizə bu oyunda şans verməyib.
Qeyd edək ki, hazırda “Milsami” 17 oyundan sonra 27 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Speranta” isə sonuncu pillədə gedir.
Moldova çempionatı
17-ci tur
17 noyabr
Speranta – Milsami – 0:1
