18 noyabr 2012 01:55
Cavid Hüseynovun yoxluğunda komandası darmadağınla üzləşdi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun çıxış etdiyi “Adana Demirspor” klubu Türkiyə PTT birinci liqasında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Adana təmsilçisi ölkə çempionatının 12-ci turu çərçivəsində “1461 Trabzon” ilə qarşılaşıb.
Qeyd edək ki, bu qarşılaşma doğma meydanda keçirilirdi. Bu üzdən də Adana təmsilçisi görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Amma həmyerlimizin komandası əksinə özü darmadağınla üzləşib.
Son oyunlarda bir qədər az forma şansı qazanan Cavidin bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Təəssüf ki, millimizin üzvü yenə matçın iştirak ərizəsindən kənarda qalıb.
“Adana Demirspor” hazırda 17 xalla 18 komanda arasında 8-ci yerdədi.
Türkiyə PTT birinci liqası
12-ci tur
17 noyabr
Adana Demirspor - 1461 Trabzon – 0:3
