17 noyabr 2012 00:53
Azərbaycanda keçirilmiş DÇ-nin təşkilatçılarına sertifikat verildi (FOTOLAR)
AFFA-nın inzibati binasında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə YTK-nin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək regionda ilk dəfə keçirilən futbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini, komitə üzvlərinin üzərlərinə düşən işin öhdəsindən layincə gəldiyini vurğulayıb. Daha sonra YTK-nın hər bir üzvü sertifikatla təltif edilib.
Sonda xatirə şəkli çəkdirilib.
