18 noyabr 2012 01:03
Xəzər Lənkəranın ispaniyalı baş məşqçisi Neftçinin oyununu izlədi
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Karles Bakes öz komandası ilə yanaşı Topaz Premyer Liqasında çıxış edən digər klubları da yaxından öyrənmək üçün fəal işə başlayıb. Azerisport.az xəbər verir ki, bu gün komandası ilə debüt matçına çıxacaq ispaniyalı mütəxəssis ötən gün 13-cü tur çərçivəsində keçirilən “Neftçi” – “Sumqayıt” oyununu da canlı izləyib.
Maraq üçün bildirək ki, “Xəzər Lənkəran” yaxın turlarda bu klublardan heç biri ilə görüşməyəcək. İspaniyalı mütəxəssis sadəcə çempionatın və digər iştirakçıların səviyyəsi ilə tanış olmaq üçün bu şansdan istifadə etməyə qərar verib.
