18 noyabr 2012 14:47
Bakının yunanıstanlı forvardı özünə yeni klub axtarır
“Bakı”nın hücumçusu Vangelis Mantsios artıq özünə yeni klub axtarmağa başlayıb. Azerisport.az xəbər verir ki, yunanıstanlı futbolçu Azərbaycanı tərk etmək arzusundadı.
O, artıq bu arzusunu öz agentinə də bildirib. Lakin “Bakı” rəhbərliyinin onunla bağlı hansı qərarı çıxaracağı dəqiq bilinmir. Mümkündü ki, Mantsiosla müqaviləyə xitam verilsin. Əks halda o, sadəcə transferə çıxarılacaq.
Qeyd edək ki, V.Mantsios bir müddət öncə əvəzedici komandaya göndərilib.
