18 noyabr 2012 15:07
Orxan Əliyevin Portodakı taleyinə nə vaxt aydınlıq gələcək?
Futbol üzrə Azərbaycanın U-19 yığmasının və “Sumqayıt”ın hücumçusu Orxan Əliyev hələ də Portuqaliyanın “Porto” klubunda baxışdadı. Azerisport.az xəbər verir ki, yığmamızın forvardının taleyi noyabrın 19-da həll oluna bilər.
Futbolçunun agenti Vaqif Heydərlidən aldığımız məlumata görə, “Porto”nun gənclərdən və əvəzedicilərdən ibarət komandalarının çalışdırıcıları Orxan barədə bütün lazımlı informasiyaları toplayıblar və bunu bazar ertəsi baş məşqçi Vitor Pereyraya təqdim edəcəklər. Əliyev barədə yekun qərarı məhz “Porto”nun əsas komandasının baş məşqçisi verəcək.
