18 noyabr 2012 17:55
Rail Məlikovun Türkiyədə növbəti zəfəri (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 12-ci turu çərçivəsində “Adanaspor”la qarşılaşıb.
Oyun doğma meydanda keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən mütləq qalib ayrılmağı hədəfləmişdi. Həmyerlimizin komandası bu istəyinə minimal hesablı qələbə ilə çatıb.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Selahattin Dervent ötən turlarda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Yığmamızın müdafiəçisi 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Railin komandası 12 oyuna 15 xalla 11-ci yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
12-ci tur
18 noyabr
Denizlispor - Adanaspor - 1:0 (0:0)
Qol: Can Erdem, 56.
